Ana Sayfa > Karusel / Siyasət > XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir25-08-2025, 18:51. Yazar: Admin |
Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib. Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb. Azərbaycanın İƏT-in fəal üzvü kimi Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə göstərdiyi yardımlarının bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Geri dön |