Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb


25-08-2025, 18:47. Yazar: Admin

Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% artaraq 1374,9 manat təşkil edib.

Bu barədə Qarabaginfo.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095 manata bərabər olub.


Geri dön