Ana Sayfa > Karusel / Dünya > Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb


25-08-2025, 08:19. Yazar: Admin

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

Qarabaginfo.az xəbər verir ki, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir.


Geri dön