Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Vyetnamda qasırğa: Yarım milyondan çox insan təxliyə edildi
Vyetnamda qasırğa: Yarım milyondan çox insan təxliyə edildi24-08-2025, 22:53. Yazar: Admin |
Vyetnam hökuməti "Kajiki" qasırğasının yaxınlaşması səbəbindən 586 mindən çox insanın təxliyə edilməsi barədə tapşırıq verib. Qarabaginfo.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda dənizdə küləyin sürəti 166 km/saata çatır. Sinoptiklər küləyin sürətinin daha da artacağını gözləyirlər. Ölkənin mərkəzində yerləşən Thanhhoa, Quanqçi, Hue və Dananq əyalətlərinin sakinlərinə evlərini tərk etmək barədə əmr verilib. Aviareysləri ləğv edilib və qayıqlara dənizə çıxmamaq tapşırılıb. Hazırda qasırğanın Çinin Haynan vilayəti ərazisində tüğyan etdiyi bildirilir.
Geri dön |