Ana Sayfa > Karusel / Dünya > Aİ-nin Dərman Agentliyi “BionTech”-“Pfizer”in koronavirus əleyhinə peyvəndindən istifadəni təsdiqləyib

Aİ-nin Dərman Agentliyi “BionTech”-“Pfizer”in koronavirus əleyhinə peyvəndindən istifadəni təsdiqləyib


21-12-2020, 19:38. Yazar: Admin

Aİ-nin Dərman Agentliyi “BionTech”-“Pfizer”in koronavirus əleyhinə peyvəndindən istifadəni təsdiqləyib

Avropa İttifaqının (Aİ) Dərman Agentliyi “BionTech” (Almaniya) və "Pfizer" (ABŞ) şirkətlərinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə hazırladığı peyvəndin istifadəsini təsdiqləyib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin Dərman Agentliyinin baş direktoru Emer Kok mətbuat konfransında bildirib.

“Bu, elm adamları, sənaye, tənzimləyicilər, səhiyyə işçiləri və dünyadakı xəstələr arasında misilsiz səfərbərlik və məlumat mübadiləsinin nəticəsidir. COVID-19 peyvəndinin yoxlanılıb qiymətləndirilməsində iştirak edən Avropa İttifaqına bütün üzv dövlətlərdən cəlb olunan çox sayda mütəxəssisin və Agentlikdəki həmkarlarımın pərdə arxasındakı yorulmaz əməyini vurğulamaq istəyirəm. Dərman Agentliyinin elmi qiymətləndirməsi peyvəndin təhlükəsizliyi, keyfiyyəti və effektivliyinə dair elmi dəlillərin gücünə əsaslanır. Dəlillər inandırıcı şəkildə göstərir ki, peyvəndin faydaları onun risklərindən daha böyükdür”, - deyə baş direktor qeyd edib.

Xatırladaq ki Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dekabrın 27-dən etibarən Aİ ölkələrində peyvəndləmə kampaniyasının başlayacağını bildirib. APA


Geri dön