Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Ana Sayfa > Karusel / Siyasət > Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib


21-08-2025, 21:37. Yazar: Admin

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Quru Qoşunlarının “N” hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Tərəflər, həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin cari vəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.


Geri dön