
Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Konstitusiyaya dəyişikliyin mümkün olduğunu bildirib
Paşinyan Konstitusiyaya dəyişikliyin mümkün olduğunu bildirib21-08-2025, 17:38. Yazar: Admin |
![]()
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərdə xalqın sülh və ya onun olmaması haqda qərar verməli olacağını qeyd edib. Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın rəhbəri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Konstitusiyada dəyişikliklərə gəlincə, Paşinyan ehtiyac yaranarsa, dəyişiklik haqda qərar veriləcəyini qeyd edib. “Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən Konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var”, - deyə Paşinyan bildirib.
Geri dön |