Ana Sayfa > Karusel / Təhsil > MİQ üzrə növbəti vakansiya seçiminin başlayacağı tarix məlum olub
MİQ üzrə növbəti vakansiya seçiminin başlayacağı tarix məlum olub20-08-2025, 20:36. Yazar: Admin |
22 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. Bu barədə Qarabaginfo.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib. Vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 25 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Geri dön |