Ana Sayfa > Karusel / İqtisadiyyat / İnfrastruktur > Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də baş tutacaq
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də baş tutacaq20-08-2025, 20:08. Yazar: Admin |
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat verib. Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib. “Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt oldə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib. O əlavə edib ki, Lahiyədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq Geri dön |