Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Kriminal > Həbsdə olan Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
Həbsdə olan Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib20-08-2025, 20:00. Yazar: Admin |
Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. VK-nın məlumatında bildirilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib. Bundan başqa, yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub. Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib. Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib. Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı. Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovla bağlı qərarı qüvvədə saxlayıb. Geri dön |