Ana Sayfa > Karusel / Dünya > Rusiyalı deputat Vitali Milonovun qardaşı Ukraynada müharibədə ölüb
Rusiyalı deputat Vitali Milonovun qardaşı Ukraynada müharibədə ölüb19-08-2025, 21:18. Yazar: Admin |
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun doğma qardaşı Aleksandr Milonov Ukraynada müharibədə ölüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Deputatın ofisindən RT-yə verilən məlumata görə, onun qardaşı müharibəyə könüllü yollanıb, Luqanskda kəşfiyyat bölmələrindən birində xidmət edib. Döyüşlərdən birində yaralanıb və hospitala yerləşdirilib. Lakin sonradan vəziyyəti kəskin pisləşib və ölüb. Geri dön |