Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub21-12-2020, 16:34. Yazar: Admin |
Bu ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qarabaqinfo.az-a verilən xəbərə görə, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Geri dön |