Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: HƏMAS İsrailli girovların yarısını buraxmağa razılaşıb
Ana Sayfa > Karusel / Dünya > KİV: HƏMAS İsrailli girovların yarısını buraxmağa razılaşıb

KİV: HƏMAS İsrailli girovların yarısını buraxmağa razılaşıb


18-08-2025, 20:55. Yazar: Admin

KİV: HƏMAS İsrailli girovların yarısını buraxmağa razılaşıb

Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda saxlanılan İsrail girovlarının yarısını buraxmağa razılaşıb.
Qarabaginfo.az xəbər verir ki bu barədə “Əl-Kahira əl-İxbaria” telekanalı məlumat yayıb.
Məlumata görə, bunun qarşılığında İsrail tərəfi müəyyən sayda fələstinli məhbusu azad etməlidir.
Qeyd edilir ki, bu razılaşma 60 günlük atəşkəs çərçivəsində həyata keçiriləcək.
HƏMAS-ın razılaşdığı təklif Misir və Qətər vasitəçiləri tərəfindən irəli sürülüb.
Təklifə əsasən, İsrail hərbi qüvvələrinin Qəzzanın dərinliklərindən geri çəkilməsi təmin ediləcək ki, enklavda humanitar yardımlar maneəsiz çatdırılsın.


Geri dön