Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > KİV: Trampın müşavirləri ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini istisna etmir
KİV: Trampın müşavirləri ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini istisna etmir18-08-2025, 20:33. Yazar: Admin |
ABŞ-ın prezidenti Donald Trampın müşavirlərindən biri Amerika qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi imkanını istisna etməyib. Digər müşavir isə əlavə edib ki, hələ yekun qərar verilməyib və bu məsələ ictimaiyyət qarşısında müzakirə olunmayacaq. Qarabaginfo.az xəbər veriri ki, bu haqda məlumat "Axios" nəşrində yer alıb. Nəşrin yazdığına görə, Trampın müşavirlərindən biri jurnalistlərin “təhlükəsizlik zəmanətlərinə ABŞ hərbi kontingentinin iştirakı da daxil ola bilərmi?” sualına müsbət cavab verib. Bununla belə, digər müşavir qeyd edib ki, məsələ ilə bağlı hələ rəsmi qərar yoxdur və "bu barədə mətbuatda danışıqlar aparılmayacaq". Geri dön |