Ana Sayfa > Karusel / Dünya > Husilər Ben Qurion hava limanına raket zərbəsi endirib

Husilər Ben Qurion hava limanına raket zərbəsi endirib


18-08-2025, 09:03. Yazar: Admin

Husilər Ben Qurion hava limanına raket zərbəsi endirib

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançılar ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu iddia ilə üsyançıların sözçüsü Yəhya Saria çıxış edib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı onlar Fələstin-2 tipli ballistik raketdən istifadə etməklə Ben Qurion hava limanına zərbələr endiriblər.”, - o deyib.

İsrail tərəfi hücumla bağlı hələ ki, heç bir açıqlama verməyib.


Geri dön