Ana Sayfa > Karusel / Dünya > Özünü bloger-jurnalist kimi təqdim edən İlhami Nəsibov həbs edilib
Özünü bloger-jurnalist kimi təqdim edən İlhami Nəsibov həbs edilib17-08-2025, 22:13. Yazar: Admin |
Ağdamda rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub. Qarabaginfo.az-n məlumatına görə, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Geri dön |