Ana Sayfa > Karusel / Dünya > Alyaskadakı danışıqları dəyərləndirdi 

Alyaskadakı danışıqları dəyərləndirdi 


17-08-2025, 21:50. Yazar: Admin

alyaskadaki-danisiqlari-deyerlendirdi

ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçirilən sammiti “çox məhsuldar” adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, diplomatın danışıqlarla bağlı cavabı jurnalist Pavel Zarubinin teleqram kanalında dərc olunub.

Belə ki, jurnalistlər ondan Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı təəssüratlarını bölüşməsini xahiş ediblər.

“Çox yaxşı, çox məhsuldar oldu”, - deyə Rubio bildirib.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçirilib. Görüş zamanı əsas olaraq Ukraynadakı münaqişə müzakirə edilib. 


Geri dön