Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin Trampla görüş barədə iclas keçirdi –"Lazımi qərarların qəbuluna yaxınlaşırıq"
Ana Sayfa > Karusel / Siyasət > Putin Trampla görüş barədə iclas keçirdi –"Lazımi qərarların qəbuluna yaxınlaşırıq"

Putin Trampla görüş barədə iclas keçirdi –"Lazımi qərarların qəbuluna yaxınlaşırıq"


16-08-2025, 20:34. Yazar: Admin
Picture background

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Trampla Alyaskada aparılan danışıqların yekunu ilə bağlı iclas keçirib. 

Qarabaginfo.az bildirir ki, Putin görüşün nəticlələri şərh edib.

“Səfər vaxtında və çox faydalı oldu. Biz qarşılıqlı fəaliyyətimizin praktiki olaraq bütün sahələrini müzakirə etdik. İlk növbədə biz Ukrayna böhranının ədalətli əsaslarla mümkün həllindən danışdıq. Və təbii ki, bizim bu böhranın yaranması, səbəbləri haqqında danışmaq imkanımız var idi. Məhz bu kök səbəblərin aradan qaldırılması nizamlanmanın əsasını təşkil etməlidir”-deyə Putin vurğulayıb.

Putin bildirib ki, uzun müddətdir ki, bu səviyyədə birbaşa danışıqlar aparılmamışdı: “Bir daha deyirəm: bizim öz mövqeyimizi bir daha sakit və ətraflı bildirmək imkanımız oldu. Biz hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyini deyən Amerika administrasiyasının mövqeyinə hörmətlə yanaşırıq. Biz də bunu istərdik. İstərdik ki, bütün məsələlərin sülh yolu ilə həllinə keçək.
Söhbət çox açıq və məzmunlu keçdi. Məncə, bu, bizi lazımi qərarların qəbuluna yaxınlaşdırır”.


Geri dön