Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Biri general-leytenant, ikisi general-mayor oldu - Onlar kimlərdir?
Ana Sayfa > Karusel / Gündəm > Biri general-leytenant, ikisi general-mayor oldu - Onlar kimlərdir?

Biri general-leytenant, ikisi general-mayor oldu - Onlar kimlərdir?


16-08-2025, 16:57. Yazar: Admin

biri-general-leytenant-ikisi-general-mayor-oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. General-mayor Babək Vahid oğlu Qurbanov general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinov isə general-mayor rütbəsi ilə təltif edilib.

Qarabaginfo.az xəbər verir ki, general rütbəsinə yüksələn Azər Şirinov İkinci Qarabağ Müharibəsindən sonra Laçın Sərhəd Buraxılış Məntəqəsində sərhədçilərin rəisi olub. 

Azər Şirinov Vətən Müharibəsindən sonra müxtəlif orden və medallarla təltif olunub. Hazırda isə DSX-də idarə rəisidir.

General-leytenant rütbəsi verilən Babək Qurbanov isə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışır. B.Qurbanov İkinci Qarabağ Müharibəsindən sonra general olmuşdu.

O, Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ceyhun Nəbiyev isə Vətən Müharibəsində iştirak edən DSX-nin zabitlərindəndir.

 


Geri dön