Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin Ukraynada münaqişəyə son qoymağın mümkünlüyündən danışıb
Ana Sayfa > Karusel / Dünya > Putin Ukraynada münaqişəyə son qoymağın mümkünlüyündən danışıb

Putin Ukraynada münaqişəyə son qoymağın mümkünlüyündən danışıb


16-08-2025, 10:46. Yazar: Admin

Putin Ukraynada münaqişəyə son qoymağın mümkünlüyündən danışıb

ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Vladimir Putin Ukraynada münaqişəyə son qoymağın mümkün olduğunu deyib.

Qarabaginfo.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Putin Ukraynanın təhlükəsizliyinin mütləq təmin edilməli olduğunu və Rusiyanın bunun üzərində işləməyə hazır olduğunu deyib.

“Rusiya Ukrayna münaqişəsinə son qoymaqda və Ukraynada münaqişənin həllinin uzunmüddətli olmasını təmin etməkdə səmimi olaraq maraqlıdır. Bugünkü razılaşma təkcə Ukrayna münaqişəsinin həlli üçün deyil, həm də Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası üçün istinad nöqtəsi olacaq.”, - Putin deyib.

Putin Rusiya və ABŞ-ın yeni administrasiyanın gəlişindən sonra ticarət dövriyyəsini 20% artırdığını bildirib.


Geri dön