Ana Sayfa > Karusel / Dünya > Ağ Ev: Putin-Tramp görüşü üçün üçə formatda keçiriləcək

Ağ Ev: Putin-Tramp görüşü üçün üçə formatda keçiriləcək


15-08-2025, 23:01. Yazar: Admin

Ağ Ev: Putin-Tramp görüşü üçün üçə formatda keçiriləcək

Putin-Tramp görüşü təkbətək deyil, nazirlərin də iştirakı ilə üçün üçə formatda keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"Prezident Tramp və prezident Putin arasında əvvəllər planlaşdırılan təkbətək görüş üçün üçə formatda olacaq. Prezident Trampla yanaşı, görüşdə ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək", - Livitt bildirib.

Geniş tərkibdə keçiriləcək naharda isə ABŞ-ın maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, müdafiə naziri Pit Heqset və Ağ Evin aparat rəhbəri Syuzan Uayls da iştirak edəcəklər.


Geri dön