Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Alyaskaya üzərində “СССР” yazılı köynəklə getdi
Ana Sayfa > Karusel / Dünya > Alyaskaya üzərində “СССР” yazılı köynəklə getdi

Alyaskaya üzərində “СССР” yazılı köynəklə getdi


15-08-2025, 14:54. Yazar: Admin

alyaskaya-uzerinde-yazili-koynekle-getdi

Məlum olduğu kimi, bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçiriləcək.

Qarabaginfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq görüşün keçiriləcəyi Ankoric şəhərindədir.

Lavrovun Alyaskadan görüntüləri isə Rusiyanın teleqram kanallarında yayılıb. Belə görüntülərdən birində Rusiyanın XİN rəhbəri avtomobildən enərək hotelə daxil olub. Bu zaman nazirin geyimi ətrafdakı jurnalistlərin diqqətini cəlb edib. Belə ki, Lavrovun köynəyinin üzərində “СССР”ə (SSSR) bənzər yazını görmək mümkün olub. 

Jurnalistlər rusiyalı nazirdən bunun Alyaskaya ilk səfərinin olub-olmadığını soruşub. O isə cavabında daha əvvəllər də həmin ştata səfər etdiyini xatırladıb. 


Geri dön