Ana Sayfa > Karusel / Region > “Zəngəzur dəhlizi” ilə bağlı Azərbaycan nümayəndə heyəti Moskvada görüş keçirəcək

“Zəngəzur dəhlizi” ilə bağlı Azərbaycan nümayəndə heyəti Moskvada görüş keçirəcək


15-08-2025, 14:45. Yazar: Admin

 

Rusiya baş nazirinin müavini Aleksey Overçuk  gələn həftə Azərbaycan nümayəndə heyəti ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsini müzakirə edəcək.

Qarabaginfo.az TASS-a istinadən bildirir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Mənim də gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm var. Biz bu məsələlərə [Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına] da orada baxacağıq. Beləliklə, irəliləyiş gedir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi ilə görüş Rusiyada baş tutacaq.


Geri dön