Ana Sayfa > Karusel / Dünya > Tramp və Putinin görüşü Bakı vaxtı ilə saat neçədə başlanacaq?

Tramp və Putinin görüşü Bakı vaxtı ilə saat neçədə başlanacaq?


15-08-2025, 10:17. Yazar: Admin

Picture background

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Ankoricdə (Alyaska) görüş cümə günü yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan cədvəlindən məlum olub. Sənədə əsasən, yerli vaxtla saat 17:45-də Tramp Ankoricdən ayrılaraq Vaşinqtona uçacaq.

Rusiya və ABŞ prezidentləri avqustun 15-də Ankoricdə (Alyaska) görüş keçirəcəklər. Bu, Putinin Cenevrədə o vaxtkı prezident Co Baydenlə 2021-ci ilin iyunundan bu yana iki dövlət başçıları arasında ilk təkbətək danışıqlar olacaq.

Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.


Geri dön