Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > AZAL: Londona xüsusi reyslər artıq bir neçə aydır yerinə yetirilmir
AZAL: Londona xüsusi reyslər artıq bir neçə aydır yerinə yetirilmir21-12-2020, 11:15. Yazar: Admin |
AZAL: Londona xüsusi reyslər artıq bir neçə aydır yerinə yetirilmir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) artıq bir neçə aydır Bakı-London marşrutu üzrə xüsusi reysləri yerinə yetirmir. Bunu Qarabaqinfo.az-a AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Böyük Britaniyada koronovirus infeksiyasının mutasiyası nəticəsində 20-dək ölkə tərəfindən krallıqla nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarını şərh edərək deyib.
"Londona xüsusi aviareyslər çoxdan, artıq bir neçə aydır həyata keçirilmir", - deyə P. Kəsəmənski bildirib. Onun sözlərinə görə, hazırda AZAL xüsusi reysləri yalnız Türkiyyə istiqaməntində yerinə yetirir. Xatırladaq ki, koronavirusun yeni mutasiyası Böyük Britaniyada dekabrın ortalarında müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Consonun sözlərinə görə, virusun bu ştammı orijinal versiyadan 70% daha çox yoluxucudur. Britaniya ilə uçuşların dayandırıldığını ilk olaraq Niderland hakimiyyəti elan edib. Bu ölkəyə 1 yanvar tarixinədək Birləşmiş Krallıqdan təyyarə reysi həyata keçirilməyəcək. İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya da Britaniya ilə aviauçuşları dayandırıb. Fransa Britaniya ilə bütün nəqliyyat əlaqələrini 48 saatlıq müddətə dayandırıb. İsveç bu ölkədən gələnlərə qadağa tətbiq edib, Yunanıstan isə bu ölkədən gələnlər üçün yeddi günlük karantin tətbiq edir, Kipr iki həftəlik karantin tədbirlərinə başlayıb, İspaniya isə Birləşmiş Krallıqdan gələnlərə nəzarəti sərtləşdirib. Aİ ölkələrindən əlavə, Türkiyə, İsveçrə, Kanada və Argentina rəsmiləri də Böyük Britaniya ilə uçuşları dayandırmağa dair qərar qəbul ediblər. Eyni zamanda, Səudiyyə Ərəbistanı bir həftə müddətinə ölkə sərhədlərini tamamilə bağlayıb və bütün beynəlxalq uçuşları dayandırıb. Geri dön |