Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Danışmağa çox sözüm yoxdur” - Dambrauskas
Ana Sayfa > Karusel / İdman > Danışmağa çox sözüm yoxdur” - Dambrauskas

Danışmağa çox sözüm yoxdur” - Dambrauskas


14-08-2025, 23:59. Yazar: Admin

danismaga-cox-sozum-yoxdur

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu şərh edib.

Qarabaginfo.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçla bağlı mətbuat konfransında fikirlərini bölüşüb:

“Danışmağa çox sözüm yoxdur. Əgər iki oyunda fərqlənə bilmiriksə, demək rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir. Səfərdə nizam-intizamlı oyun sərgiləmişdik. İlk matçda bizi heç-heçədən son 10 saniyə ayırdı. Cavab matçında rəqib riskə getmədi, biz isə etməli idik. İlk yarıda 1 səhvə yol verdik, o da qolla nəticələndi. Bu gün meydana toplaşan azarkeşlərə öz təşəkkürümüzü bildiririk.

Artıq bu qarşılaşmanı unudub, Premyer Liqaya köklənəcəyik. Bizim bir arzumuz var ki, 2025/2026 mövsümünün sonunda turnir cədvəlində avrokuboklar zonasına düşək. Azərbaycanı Avropada daha yaxşı təmsil etmək istəyirik”.


Geri dön