Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya gələn ildən Xəzərdə kütüm ovunu qadağan edəcək
Ana Sayfa > Karusel / Siyasət > Rusiya gələn ildən Xəzərdə kütüm ovunu qadağan edəcək

Rusiya gələn ildən Xəzərdə kütüm ovunu qadağan edəcək


14-08-2025, 20:23. Yazar: Admin

 

2026-cı il aprelin 1-dən mayın 20-dək Xəzər dənizində və Dağıstan Respublikasının su hövzələrində kütümün sənaye ovunun qadağan edilməsi planlaşdırılır. Dəyişikliklər layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb.

Rusiya mediasının məlumatına görə, layihəyə dair izahedici yazıda sənədin Ümumrusiya Balıqçılıq və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlandığı qeyd olunur.

Dağıstanda artıq bir neçə ildir ki, qiymətli balıq növü olan kütümün sənaye ehtiyatı və buna uyğun olaraq ovu kəskin şəkildə azalır. Problemin həlli üçün süni artırma üsulundan da istifadə olunur.


Geri dön