Ana Sayfa > Karusel / Gündəm > DİN: 38 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
DİN: 38 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb21-12-2020, 10:13. Yazar: Admin |
COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələrinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20-də respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Geri dön |