Ana Sayfa > Karusel / Dünya > Pakistanda bir gecədə polis qüvvələrinə qarşı 8 hücumda 6 polis zabiti həlak olub

Pakistanda bir gecədə polis qüvvələrinə qarşı 8 hücumda 6 polis zabiti həlak olub


14-08-2025, 14:16. Yazar: Admin

Pakistanda bir gecədə polis qüvvələrinə qarşı 8 hücumda 6 polis zabiti həlak olub

Pakistanın şimal-qərb bölgəsində silahlı şəxslər polis orqanlarına qarşı səkkiz silsilə hücum həyata keçirib.

Qarabaginfo.az-ın “Reuters“ə istinadən verdiyi məlumata görə, hücumlar nəticəsində 6 polis zabiti həlak olub.

Məlumata əsasən, hücumçular qranatamyotlardan istifadə edərək polis məntəqələrini, yoxlama-buraxılış postlarını və patrul qruplarını hədəfə alıblar.

Qeyd edək ki, hücumların baş verdiyi ərazilər Əfqanıstan sərhədinə yaxın bölgələrdə yerləşir.


Geri dön