Ana Sayfa > Karusel / Dünya > KİV: Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır

KİV: Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır


14-08-2025, 08:59. Yazar: Admin

Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə töhfə verəcəyinə söz verib

ABŞ prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı NATO-nun səyləri çərçivəsində həyata keçirilməyəcəyi təqdirdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı, lakin müəyyən şərtlərə riayət olunacağı təqdirdə ABŞ-ın Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazır olduğunu bildirib.

Mənbələrdən biri xəbər verib ki, Tramp təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyərək yalnız daha geniş konsepsiyanı müzakirə edib.


Geri dön