Ana Sayfa > Karusel / Dünya > Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların işlənməsini təklif etməyə hazırlaşır
Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların işlənməsini təklif etməyə hazırlaşır13-08-2025, 22:37. Yazar: Admin |
ABŞ Rusiyaya Alyaskada nadir faydalı qazıntıların işlənməsini təklif etmək niyyətindədir. Qarabaginfo.az xəbər verir ki, bu haqda “The Daily Telegraph” məlumat yayıb. Məlumata görə ABŞ lideri Donald Tramp Alyaskada keçiriləcək sammit zamanı Rusiya prezidenti Vladimir Putinə belə bir razılaşma təqdim etməyə hazırlaşır. Qəzetin mənbələrinin dediyinə görə, Trampın digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılması ilə bağlıdır. Qəzet qeyd edir ki, belə bir razılaşma ABŞ-ın Boeing konserni üçün çox sərfəli ola bilər. Geri dön |