Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Elan saytlarında vətəndaşları aldadan şəxs tutuldu
Ana Sayfa > Karusel / Kriminal > Elan saytlarında vətəndaşları aldadan şəxs tutuldu

Elan saytlarında vətəndaşları aldadan şəxs tutuldu


13-08-2025, 10:31. Yazar: Admin

elan-saytlarinda-vetendaslari-aldadan-sexs-tutuldu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.


Geri dön