Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Milli Qvardiya qüvvələri Vaşinqtonda vəzifələrinin icrasına başlayıb
Milli Qvardiya qüvvələri Vaşinqtonda vəzifələrinin icrasına başlayıb13-08-2025, 10:22. Yazar: Admin |
|
ABŞ Milli Qvardiyası qüvvələri Vaşinqton küçələrində peyda olub. Qarabaginfo.az ABŞ mediasına istinadən xəbər verir ki, onların sayının 800-ə qədər olduğu ehtimal edilir. Əlavə olaraq, 500-ə qədər federal hüquq-mühafizə orqanı əməkdaşının da Milli Qvardiyaya dəstək olacağı gözlənilir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Milli Qvardiya qüvvələrinin Vaşinqtonda artan cinayət halları və qeyr-qanuni immiqrasiyaya qarşı mübarizə üçün səfərbər edildiyini bildirib. Vaşinqton meri Muriel Bouzer isə şəhərdə cinayət hallarının nəzarət altında olduğunu bəyan edib və Trampın bu qərarını avtoritarlıq adlandırıb. Geri dön |