Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Çin mallarından asılılığı azaltmaq niyyətindədir
Ana Sayfa > Karusel / Dünya > ABŞ Çin mallarından asılılığı azaltmaq niyyətindədir

ABŞ Çin mallarından asılılığı azaltmaq niyyətindədir


13-08-2025, 07:25. Yazar: Admin

ABŞ Çin mallarından asılılığı azaltmaq niyyətindədir

ABŞ Çin məhsullarına olan asılılığın fərqindədir və bu asılılığı azaltmaq üçün daxili istehsalın gücləndirilməsini hədəfləyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "77 WABC" radiosuna müsahibəsində danışıb.

“Çinlə bağlı problemimizin əsas səbəblərindən biri ondan ibarətdir ki, biz vaxtilə öz müəssisələrimizi onların əlindən itirmişik. Nəticədə, gündəlik həyatımızda istifadə etdiyimiz məhsulların böyük hissəsini Çindən idxal edirik. İndi isə bu vəziyyəti dəyişməliyik. ABŞ-da istehsalı artırmaqla Çin asılılığımızı azaltmaq mümkündür”.

Dövlət katibi vurğulayıb ki, ölkə daxilində istehsalın genişləndirilməsi iqtisadi təhlükəsizliyin gücləndirilməsi baxımından da vacibdir.


Geri dön