Ana Sayfa > Karusel / Dünya > Rusiya Ukrayna ordusunun təlim mərkəzinə hücum edib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Rusiya Ukrayna ordusunun təlim mərkəzinə hücum edib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb12-08-2025, 11:07. Yazar: Admin |
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın quru qoşunlarına aid olan təlim mərkəzlərindən birinin ərazisinə raket hücumu edib. Qarabaginfo.az “UNİAN“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər xəsarət alıb. Daha 12 nəfər isə kəskin stress və travma səbəbilə tibbi yardım alır. Bildirilib ki, təlim mərkəzlərində şəxsi heyəti qorunması üçün bu mərkəzlərin sığınacaqlarla təmin olunması istiqamətində işlər aparılır. Geri dön |