Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna PUA və raket hücumuna məruz qalıb
Ana Sayfa > Karusel / Kriminal > Ukrayna PUA və raket hücumuna məruz qalıb

Ukrayna PUA və raket hücumuna məruz qalıb


12-08-2025, 08:19. Yazar: Admin

Ukrayna PUA və raket hücumuna məruz qalıb

Ukraynanın müxtəlif bölgələri Rusiya ordusu tərəfindən PUA və raket atəşinə məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Ukrayna Hərbi Hava Qüvvələri “Telegram” kanalında məlumat verilib.

Məlumatda yerli vaxtla saat 03:38-də ballistik təhlükənin olduğu bölgələrdə hava hücumu ilə bağlı sirenləri səsləndiyi qeyd olunub.

Gecə saatlarında Kiyev, Nijin şəhərləri, Sumı, Çerniqov vilayətləri istiqamətində, yüksək sürətli hədəflərin qeydə alındığı bildirilir.

Məlumatda həmçinin bildirilir: "PUA Çerniqov vilayətinin şimal-şərqində, cənub-şərq/cənub-qərb istiqamətlərində hərəkət edir. PUA-ların həmçinin Donetsk, Xarkov vilayətləri ərazisində, xüsusən də Xarkov vilayətinin mərkəzi hissəsində, şimal/şimal-şərq istiqamətlərində hərəkəti qeydə alınıb."


Geri dön