Ana Sayfa > Karusel / Gündəm > DİN: Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili yolverilməzdir

DİN: Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili yolverilməzdir


18-12-2020, 15:13. Yazar: Admin

 

DİN: Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili yolverilməzdir

Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir.

"Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq


Geri dön