Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İrandan Azərbaycanla Ermənistan arasında sülhə - Reaksiya
Ana Sayfa > Karusel / Region > İrandan Azərbaycanla Ermənistan arasında sülhə - Reaksiya

İrandan Azərbaycanla Ermənistan arasında sülhə - Reaksiya


9-08-2025, 12:32. Yazar: Admin

irandan-azerbaycanla-ermenistan-arasinda-sulhe

“İran Cənubi Qafqaz regionunda baş verən hadisələri diqqətlə izləyir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda deyilir. 

Bildirilib ki, İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sabitliyə doğru vacib addım olaraq alqışlayır:

“İran əmindir ki, nəqliyyat dəhlizlərinin yaradılması və kommunikasiya şəbəkələrinin açılması yalnız qarşılıqlı maraqlar, region ölkələrinin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında və xarici müdaxilə olmadan baş verərsə, region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verəcək. İran Azərbaycan və Ermənistanla qarşılıqlı maraqlar əsasında konstruktiv əməkdaşlığı davam etdirməyə hazırdır”.


Geri dön