Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İlham Əliyev: Prezident Tramp Cənubi Qafqaza sülh gətirir
Ana Sayfa > Karusel / Manşet / Siyasət > İlham Əliyev: Prezident Tramp Cənubi Qafqaza sülh gətirir

İlham Əliyev: Prezident Tramp Cənubi Qafqaza sülh gətirir


Bu gün, 00:59. Yazar: Admin

İlham Əliyev: Prezident Tramp Cənubi Qafqaza sülh gətirir

ABŞ Prezidenti tamamilə haqlıdır, Trampın “Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni əlaqələr və bağlar yaradacaq, divarları yıxacaq.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu təşəbbüs bir çox ölkələr üçün qarşılıqlı ünsiyyət, ticarət, sabitlik və investisiya imkanları açacaq:
“SSRİ-nin süqutundan sonra Azərbaycan və Ermənistan eyni vaxtda müstəqillik qazandı. Lakin həmin vaxt biz artıq müharibə vəziyyətində idik və uzun illər itirdik. Bu gün isə tarixi gündür – biz sülhə nail oluruq. Prezident Tramp Cənubi Qafqaza sülh gətirir və buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətli və məsuliyyətli olacaq, barışı qoruyacaqlar. Biz münaqişə və qanlı müharibə səhifəsini bağlayacağıq. Mən çox şadam və bir daha regionumuz və dünya üçün gördüyünüz işlərə görə minnətdarlığımı bildirirəm.”


Geri dön