Ana Sayfa > Karusel / Siyasət > Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək
Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək9-08-2025, 00:47. Yazar: Admin |
Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə bildirib ki, Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq. Qarabaginfo.az-ın xəbərinə görə, Paşinyan vurğulayıb ki, nəqliyyat və kommunikasiya sahəsində, həmçinin ərazi bütövlüyü və suverenlik çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb:
“Ermənistan Trampın “Sülh və Rifah Marşrutu”nun tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bu prosesdə iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq.” Geri dön |