Ana Sayfa > Karusel / Sosial > Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Yağış yağacaq, leysan olacaq, dolu düşəcəkDünən, 16:59. Yazar: Admin |
Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Qarabaginfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Geri dön |