Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycanın "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilibDünən, 11:15. Yazar: Admin |
Azərbaycanın "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süniintellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”-deyə paylaşımda qeyd edilib. Geri dön |