Ana Sayfa > Karusel / Qarabağ > Şuşaya çəkilən yeni yolun uzunluğunda dəyişiklik edilib

Şuşaya çəkilən yeni yolun uzunluğunda dəyişiklik edilib


18-12-2020, 13:55. Yazar: Admin

 

Şuşaya çəkilən yeni yolun uzunluğunda dəyişiklik edilib

Bakı. Samir Əli - Trend:

Şuşaya çəkilən yeni yolun uzunluğunda dəyişiklik edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Baş idarə rəisinin müavini Hidayət Rüstəmov deyib.

O bildirib ki, yolun uzunluğunda dəyişiklik relyefdən asılıdır: "Yolun ümumi uzunluğu 100 kilometrə yaxın olacaq. Yeni yol Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə çəkiləcək. Yolun relyefi çətindir, dağlıq və meşəlik ərazidən keçir. Ərazinin relyefi çətin olsa da, orada körpülər inşa olunmaqla yolun tikintisi davam etdiriləcək"

H.Rüstəmovun sözlərinə görə, vaxt qısa olduğundan yolun layihələndirilməsi ilə tikintisi paralel aparılır:

"Yol hazır olandan sonra ümumi uzunluğu məlum olacaq. Tikintinin başa çatdırılmasına bir il yarım vaxt qoyulsa da, çalışacağıq ki, yolu daha tez istifadəyə verək. Yolun tikintisinə bir neçə podratçı təşkilat, o cümlədən Türkiyənin dağ şəraitində yol çəkən 2 şirkəti cəlb edilib". "Trend"


Geri dön