Ana Sayfa > Karusel / Region > “Politik.am”: Paşinyan hakimiyyəti əsgərin qidasından illik 36 milyon dollar cibinə qoyub

“Politik.am”: Paşinyan hakimiyyəti əsgərin qidasından illik 36 milyon dollar cibinə qoyub


18-12-2020, 13:49. Yazar: Admin

 

2020/12/66655-1608275891.jpg
 Oxunub: 509      12:20     18 Dekabr 2020      
Nikol Paşinyan hakimiyyəti həmişə əvvəlki hakimiyyət nümayəndələrinin talanından və əsgərlərin payını yeməsindən danışıb, amma məlum olur ki, onlar da əsgərin payını yeməkdən çəkinmirlər.

Qarabaginfo.az xəbər verir ki, bu yaxınlarda erməni KİV-lərindən biri olan “ParaTV.am” araşdırma aparmışdı.

Nəşr aydınlaşdırmışdı ki, Nikol Paşinyan hakimiyyəti əsgərin qidası üçün nəzərdə tutulmuş xərci şişirdib, bu səbəblə dövlətə 36 milyon dollardan çox zərər dəyib.

“Politik.am” yazır ki, bu məbləğlərlə ordu üçün vacib problemləri həll etmək və elə etmək olardı ki, zirehli gödəkcə çatışmazlığı səbəbilə onlarla qurbanlar olmasın.

“Əsgərin qidası hesabına on milyonlarla dolların cibə axması 2,5 il ərzində bu hakimiyyətin etdiklərindən yalnız kiçik bir epizoddur. Əslində ordu hesabına bir neçə yüz milyon dollar şişirdilmiş xərclər və naməlum korrupsion sövdələşmələr edilib ki, bunlar da bizim imkanlarımızı xeyli zəiflədib”, - deyə nəşr qeyd edib. Ordu.az

Geri dön