Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > ABŞ Finlandiyada hərbi mövcudluğunu artırır
ABŞ Finlandiyada hərbi mövcudluğunu artırır7-08-2025, 08:12. Yazar: Admin |
ABŞ 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək. İyul ayının ortalarında ABŞ-ın dəniz piyada bölməsi Finlandiyaya gəlib. Hərbçilər Uusimaa briqadasında və Sahil Mühafizəsi briqadasında yerləşdirilib və təxminən bir ay ölkədə qalacaqlar. Bundan əlavə, Kareliya briqadasına da amerikalı hərbçilər gəlib. Onların əsas vəzifəsi Finlandiya ordusuna ABŞ hərbi texnikasının istismarı və texniki qulluq qaydalarını öyrətməkdir. Finlandiyanın müxtəlif bölgələrində il sonuna qədər bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Növbəti mərhələlər və təlimlərlə bağlı əlavə məlumat veriləcək. Geri dön |