Ana Sayfa > Karusel / Siyasət / Dünya > Hindistanın Baş naziri 5 ildən sonra ilk dəfə Çinə səfər edəcək
Hindistanın Baş naziri 5 ildən sonra ilk dəfə Çinə səfər edəcək6-08-2025, 16:01. Yazar: Admin |
Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək. Qarabaginfo.az xəbər verir ki, Modu Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak edəcək. Qeyd edək ki, 2020-ci ildə Çin və Hindistan arasında sərhədboyu ərazilərdə baş verən toqquşmalardan sonra, bu Hindistan Baş nazirinin Çinə ilk səfəri olacaq. Narendra Modi və ÇXR sədri Si Cinpin sonuncu dəfə 2024-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində görüşüb. Geri dön |