Ana Sayfa > Karusel / Siyasət > “Ruslar iddia edir ki, türk hərbçilər Qarabağda olsa, problem yaranar”

“Ruslar iddia edir ki, türk hərbçilər Qarabağda olsa, problem yaranar”


18-12-2020, 13:43. Yazar: Admin

 

“Ruslar iddia edir ki, türk hərbçilər Qarabağda olsa, problem yaranar”

 

“Bir qrup şəxs atəşkəsi pozmağa cəhd etdi. Azərbaycanlı qardaşlarımız lazımi cavabı verdi. Dağlıq Qarabağın bir hissəsində ermənilər var. Ruslar sülhü qorumaq üçün Qarabağdadırlar”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

“Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olmasınlar, əks təqdirdə problem yaranacaq. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik. Bu məsələ Azərbaycanla Türkiyə arasındadır. Danışıb həll edəcəyik”, - deyə nazir sözlərinə əlavə edib. "Qafqaz"


Geri dön