Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və BƏƏ süni intellekt sahəsində birgə tədqiqat mərkəzi yarada bilər
Ana Sayfa > Karusel / Multimedia > Azərbaycan və BƏƏ süni intellekt sahəsində birgə tədqiqat mərkəzi yarada bilər

Azərbaycan və BƏƏ süni intellekt sahəsində birgə tədqiqat mərkəzi yarada bilər


5-08-2025, 16:44. Yazar: Admin

Azərbaycan və BƏƏ süni intellekt sahəsində birgə tədqiqat mərkəzi yarada bilər

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.

Bu barədə Qarabaginfo.az-a Nazirlikdən bildirilib.

Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.


Geri dön