Ana Sayfa > Karusel / Dünya > Netanyahu Qəzzanın tam ələ keçirilməsini müzakirə etmək üçün iclas keçirəcək
Netanyahu Qəzzanın tam ələ keçirilməsini müzakirə etmək üçün iclas keçirəcək5-08-2025, 13:59. Yazar: Admin |
Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qəzzadakı növbəti addımları ilə əlaqədar olaraq məhdud tərkibdə iclas keçirəcək. Qarabaginfoş.az İsrail mətbuatına istinadən xəbər verir ki, iclasda İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzzadakı müharibənin davam etdirilməsi üçün bir neçə plan təklif edəcək. İclasda planlardan biri seçiləcək və daha geniş tərkibdə keçiriləcək kabinet toplantısı zamanı hökumət üzvlərinə təqdim olunacaq. İsrail mediasının məlumatına görə, Netanyahu dünənki kabinet iclasında Qəzza zolağının tam işğal edilməsi üçün Nazirlər Kabinetinin razılığını almaq niyyətində olduğunu bildirib. Geri dön |