Ana Sayfa > Karusel / Dünya > Pakistanda polis İmran Xanın partiyasının 120 üzvünü həbs edib
Pakistanda polis İmran Xanın partiyasının 120 üzvünü həbs edib5-08-2025, 13:40. Yazar: Admin |
Pakistan polisi sabiq Baş nazir İmran Xanın qurucusu olduğu əsas müxalifət partiyası “Pakistan Təhrike İnsaf”ın 120 üzvünü həbs edib. Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat verib. Saxlanılmalar əksərən ölkənin Lahor bölgəsində baş verib. Partiyanın mətbuat xidməti isə həbs olunanların sayının ən azı 200 nəfər olduğunu bildirib. Qeyd edək ki, Pakistanın sabiq Baş naziri İmran Xan 2022-ci ildə parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində vəzifədən uzaqlaşdırılıb. O, mütəmadi olaraq tərəfdarlarını etiraz aksiyaları keçirməyə çağırır. Geri dön |